adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Aprel 2017 10:31
3625
MƏMLƏKƏT
A- A+

Daha bir şirkət Bakı Şopinq Festivalına qoşulub

Bu gündən etibarən "La Perla” markası Bakı Şopinq Festivalına qoşulub. Bununla da Bakının mərkəzində, Yusif Məmmədəliyev küçəsi, 1A ünvanında yerləşən və italyan lüks qadın geyimlərinin satışı ilə bütün dünyada məşhur olan bu mağaza xanımlara festival sürprizi edərək inanılmaz endirimlərə başladı.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara endirimlər tətbiq edilir. Bu fürsət festivalın sonuncu günü – mayın 10-dan sonra ələ düşməyəcək. Unikal və dəyərli məhsulları ilə seçilən, qadın paltarlarının satışı üzrə ixtisaslaşmış "La Perla” mağazası festivala qoşulmuş digər mağazalar kimi, mayın 10-dək xarici turistlərə və Azərbaycan vətəndaşlarına çox sərfəli şərtlərlə öz mallarını təklif edir.

Bakı Şopinq Festivalı çərçivəsində "Baku Shopping Festivalı” stikerini gördüyünüz mağazalarda Sizi xüsusi endirimlər gözləyir. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə almaq istəyirsinizsə, mayın 10-dək həmin mağazalarda alış-veriş etməyə tələsin!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.