adalet.az header logo
  • Bakı 12°C
15 Aprel 2017 23:30
4815
İDMAN
A- A+

Elxan Abdullayev: “Neftçi” bu qələbələri çoxdan qazanmalı idi

"Bu gün layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Başqa deyəcək bir sözüm yoxdur”.

Adalet.az-ın Report-aistinadən məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə AZAL-ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadınız...

- Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam.

- Sizcə, hər şey son turda həll ediləcək?

- Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbə ilə başa vurmalıyıq.

- Qələbəyə rəğmən, əhvalınız yoxdur, sanki...

- Niyə sevinməliyəm ki?

- Komandanız 4:0 hesabıyla qalib gəlib...

- Komanda bu qələbələri çoxdan qazanmalı idi.