adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Aprel 2017 22:06
5554
DÜNYA
A- A+

Dünyanın ən yaşlı qadını vəfat edib

İtaliyada dünyanın ən yaşlı qadını Emma Morano vəfat edib.

Adalet.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, planetin ən yaşlı qadını hesab edilən E.Morano 118 yaşında dünyasını dəyişib.

E.Morano 1899-cu ildə İtaliyanın şimalındakı Pyemont vilayətində anadan olub. Son illər o Pyemontun Laqo-Macore gölü yaxınlığındakı evində yaşayıb. E.Moranonun ölümünün səbəbi açıqlanmır.