adalet.az header logo
  • Bakı 16°C
15 Aprel 2017 21:26
5764
DÜNYA
A- A+

Əfqanıstanda partlayış nəticəsində ən azı 11 nəfər ölüb

Əfqanıstanın cənubunda Gilmend əyalətində yol kənarındakı minanın partlaması nəticəsində azı 11 dinc sakin ölüb.

Adalet.az xəbər verir ki, bu barədə yerli hakimiyyət təmsilçisi Ömər Jvak bildirib.

Ölənlər arasında qadın və uşaqlar da var.

Polis partlayışın məsuliyyətini terrorçu "Taliban” hərəkatının üzərinə qoyub.

Qeyd olunur ki, mina hərbçilərin daha çox istifadə etdiyi yola döşənib.