adalet.az header logo
  • Bakı 19°C
15 Aprel 2017 21:08
5294
DÜNYA
A- A+

Hələbdə terror aktı: 70 nəfər ölüb

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, təqribən 130 nəfər yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədəRİA Novostiməlumat yayıb.

Suriyanın "Əl-İxbariyyə”dövlət telekanalının bir az əvvəl yaydığı məlumata görə, hadisəyə səbəbsərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatmasıdır.

Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb. Bu yaşayış məntəqələri üç ildən çoxdur ki, yaraqlıların mühasirəsindədir. Orada 20 minə yaxın insan yaşayır.