adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Aprel 2017 17:47
12195
SİYASƏT
A- A+

Zakir Həsənov həmkarının dəvəti ilə İrana getdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.

Bu haqda Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.