adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Aprel 2017 16:18
5618
DÜNYA
A- A+

Əsədi öz generalı satdı - Silahlar orda gizlədilib

Suriya hakimiyyəti yüzlərlə ton kimyəvi silah gizlədib.

Bunu "Teleqraf" qəzetinə açıqlamasında Suriya ordusunun eks-generalıZaher əs-Sakatsöyləyib.

"Onlar etiraf edirdilər ki, 1,3 ton kimyəvi silahları var. Biz isə onların bundan iki dəfə çox kimyəvi silaha sahib olduqlarını bilirik. Onların kimyəvi silahlarının miqdarı ləğv edilməzdən əvvəl 2 min tondan çox idi. İndi isə Suriyada bilinməyən kimyəvi silah ehtiyatı bir neçə yüz tondur. Kimyəvi silah ehtiyatı mövqelərin gücləndirilməsi üçün Homs yaxınlığındakı dağlara və Tartusun Cabla şəhərinin yaxınlığına yığılıb", - o bildirib.

Qeyd edək ki, Sakat 2013-cü ilə qədər Suriya ordusunun 5-ci diviziyasının kimyəvi silahlar üzrə bölməsinə rəhbərlik edib. 2013-cü ilin martında o, Suriya ordusundan qaçıb.