adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2017 16:17
5446
DÜNYA
A- A+

ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başladı

ABŞ hərbçiləri ixtisaslaşmış nüvə bombasının 12-ci modifikasiyasının, "B61-12"-nin ilk sınağını keçirib.

Sınaq nüvə başlıqsız keçirilib.

İnformasiyaya əsasən, Nüvə təhlükəsizliyi üzrə mili idarə və ABŞ-ın Hərbi Hava Qüvvələri birlikdə "B61" nüvə bombasının sınaqdan çıxarmağa başlayıblar.

Məlumata görə, ilk sınaq bu il martın 14-də Nevada ştatının "Tonopa" poliqonunda keçirilib. Bombalar "F-16" qırıcı təyyarələrindən atılıb.

Xəbərdə bildirilib ki, "B61" nüvə bombası 1968-ci ildən ABŞ-ın Hərbi Hava Qüvvələrinin silah arsenalına daxil edilib. Hazırda onları modifikasiya edilən "B61-12" bombaları ilə əvəzləməyi planlaşdırırlar.