adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2017 23:30
3335
HADİSƏ
A- A+

Bakıda Psixiatriya Xəstəxanasından qaçan iki nəfər tutulub

Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından iki pasiyent qaçıb.

Adalet.az-ın xəbərinə görə, bu barədə "Sputnik Azərbaycan”a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Cümə axşamı gecə saatlarında pasiyentlər — 1987-ci il təvəllüdlü Hüseynov Elçin Böyükağa oğlu və 1975-ci il təvəllüdlü Məmmədov Cəlal Məmməd oğlu xəstəxananın hasarının üstündən aşaraq qaçıblar. Çevik polis alayının əməkdaşları qaçaqları yaxalayaraq müalicə həkiminə təhvil veriblər.

Psixiatriya Xəstəxanasının baş həkimi Ağacan Rəsulovun verdiyi məlumata görə, Hüseynov və Məmmədov məcburi müalicə alan adi vətəndaşlardır. Onlar hansısa cinayətin törədilməsində iştirak etməyiblər.