adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Aprel 2017 21:55
4249
GÜNDƏM
A- A+

Azərbaycanlılar restoran və hotellərə ən çox pul xərcləyənlər sırasındadır

Avropa ölkələri ailələrinin xərclərində restoran, kafe və hotellərə çəkilən xərclərə görə reytinqi açıqlanıb.

Bu barədə Adalet.az "RİA Rating”in ekspertlərinin hazırladığı reytinqə istinadən xəbər verir.

Məlumata görə, reytinqdə ilk sıranı restoran, kafe və hotellərə çəkilən xərclərin məcmu xərclərdə 1,3%-lə ən çox paya sahib olan İsveçrə və Portuqaliya tutur. İsveçrə adambaşına düşən 58 600 ABŞ dolları milli gəlirlə Avropada 4-cü ölkədir. Portuqaliyada isə adambaşına milli gəlir isə 27 900 ABŞ dolları təşkil edir. Sonrakı yerləri Yunanıstan (9,9%, 26 400 dollar), İspaniya (9,3%, 34 900 dollar) tutur.

Məcmu gəlirlərdə restoran, kafe və hotellərə ən az pul ayıran isə Rumıniya (1,4%, 20 900 dollar), Moldova (1,7%, 5 000 dollar ) və Ukraynar ( 2,4%, 8 000 dollar) əhalisidir.

Azərbaycan bu reytinqdə yer almasa da, "Report"un analitik qrupu rəsmi statistik hesabatlar əsasında bu göstəricini hesablayıb. Belə ki, Azərbaycanda əhalinin restoran, kafe və hotel xərclərinin məcmu xərclərdə payı 2015-ci ilin yekununda 8,76% olub. Bu göstərici əsasında Azərbaycan həmin reytinq siyahısında 4-cü sırada qərarlaşa bilər. Əhalinin milli gəliri sıralamasında isə 2015-ci ilin yekununa görə Azərbaycan 5 559 dollarla son sırada olan Moldovadan əvvəlki yeri tuta bilər.