adalet.az header logo
  • Bakı 18°C
14 Aprel 2017 21:44
15366
KRİMİNAL
A- A+

Bakıda məktəbdə kütləvi zəhərlənmə

Paytaxtın Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə doqquz şagird zəhərlənib.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildiriblər ki, uşaqlardan səkkizi hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Daha bir şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.