adalet.az header logo
  • Bakı 19°C
14 Aprel 2017 21:22
3483
HADİSƏ
A- A+

Şəmkirdə partlayış, xəsarət alan var

Şəmkirin İrmaclı kəndində yaşayış evində partlayış olub.
Adalet.az  APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində kənd sakini 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı ağır yanıq xəsarətləri ilə əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirib.

Qeyd olunur ki, partlayış qadının qaz sobasını yandırdığı zaman baş verib.

Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.