adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Aprel 2017 21:11
3100
HADİSƏ
A- A+

Bakıda körpələr evində yanğın, 18 uşaq xilas edildi

Paytaxtın Pirallahı rayonundakörpələr evində yanğın olub.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan” körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub.

Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.