adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2017 17:53
4332
MƏMLƏKƏT
A- A+

“Boşanmalar narahatedici həddədir”- HDİM layihənin icrasına başladı

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsinin icrasına başlayıb. Aprelin 14-də "Səs" qəzetinin ofisində layihənin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, HDM sədri İlham Əliyev deyib ki, problemin aktuallığından, layihənin əhəmiyyətindən danışıb: "Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına və azadlıqlarına malikdir. Bu hüquqlara qarşı çıxmaq və ya onu pozmaq yolverilməzdir. Amma cox təəssüflər olsun ki, bu gün dünyada baş verən ictimai-siyasi təlatümlər, müasir dövrün yenilikləri, fərqli ailə modelinin formalaşması Azərbaycan ailələrinə də təsirsiz ötüşməyib.Bəzi Azərbaycan ailələrində tez-tez zorakılıq hallarına rast gəlinir. Təbii ki, zorakılıqhalları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır".

Layihə rəhbəri son illər boşanmaların artmasının narahatlıq doğurduğunu bildirib: "Əlbəttə ki, ortada belə bir statistik göstəricilərin olması çox narahatedicidir.Çünki,Azərbaycanın ailə modeli həmişə başqa xalqlara örnək olub".

Layihə rəhbəri qeyd edib ki, 3 aylıq layihə çərçivəsində Bakı və Xaşmaz şəhərlərində dəyirmi masalar təşkil olunacaq, ailədaxili problemləri yaradan səbəblər və çıxış yolları ziyalılar, media mənsubları, yerli ictimai rəy liderlərinin, nüfuzlu ağsaqqalların iştirakı ilə müzakirəyə çıxarılacaq. Layihənin ideyasının reallaşması yeniyetmə və gənclər, valideynlər arasında maarifləndirmə işində effektiv nəticələr əldə olunacaq.