adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Aprel 2017 16:46
17299
İQTİSADİYYAT
A- A+

SOCAR prezidenti: Neft erası başa çatıb

Bu gün Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti "SOCAR Polymer”in imkanlarının sahibkarlara təqdim edilməsi ilə bağlı işgüzar görüş keçirib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, neft erası başa çatıb:

"Alternativ enerjinin payı dayanmadan artmaqdadır. Artıq 40-50 ildən sonra neftə olan tələbat azalacaq. Bu səbəbdən də kimya sənayesinin inkişafına böyük önəm verilməlidir.

Azərbaycan kimyasının gələcəyi perspektivlidir. Bu səbəbdən də sahibkarları kimya sənayesində reallaşdırılan layihələrdə yaxından iştirak etməyə dəvət edirəm”, - deyə R.Abdullayev qeyd edib.