adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Aprel 2017 16:14
17208
İQTİSADİYYAT
A- A+

Azərbaycandan Bodruma birbaşa aviareyslər açılır

Türkiyənin "Summer Tour" və "Coral" turizm şirkətləri Azərbaycandan Bodruma çarter aviareyslər açmaq niyyətindədir.

Adalet.az xəbər verir ki, "Summer Tour" şirkətinin açdığı çarter reyslər hər gün Azərbaycandan Bodruma yerinə yetiriləcək. "Coral"ın çarter reysləri də Bodruma yerinə yetiriləcək, lakin uçuşlar həftədə iki dəfə baş tutacaq.

Hər iki aviareys may ayının əvvəlindən istifadəçilərin xidmətinə veriləcək.
Bununla yanaşı, "Summet Tour" gələn ildən etibarən Azərbaycandan Alanyaya birbaşa aviareys açmağı planlaşdırır.