adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Aprel 2017 16:07
16296
KRİMİNAL
A- A+

Qaxda keçmiş polis işçisi qonşusunu güllələyib

Qax rayonunda qətl hadisəsi olub.

Adalet.az xəbər verir ki, bu gün rayon sakini, 1959-cu il təvəllüdlü Aydın Musa oğlu Musayev qonşusu Nəbi (soyadı dəqiqləşməyib) adlı şəxs tərəfindən güllələnərək öldürülüb.

Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş polis işçisidir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.