adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Aprel 2017 15:48
3948
MƏMLƏKƏT
A- A+

Ramin Quluzadə Masallıda vətəndaşları qəbul edib – FOTO

Aprelin 14-də Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziriRamin QuluzadəMasallı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir R.Quluzadə əhaliyə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədəninternet, televiziya və radio yayımı və poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, yol və körpülərin tikintisi və təmiri, yeni marşrut xəttinin açılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər barədə müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Vətəndaşlarla görüşdən sonra nazir R.Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə dəDövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə telekommunikasiya və nəqliyyat sahələri üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaşların şikayətləri, sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğuna yönəldiyi diqqətə çatdırılıb.

Nazir müvafiq sahə rəhbərlərinə xidmətin keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.