TANRI PIÇILTISINI DİNLƏMƏK

ƏBÜLFƏT MƏDƏTOĞLU
67890 | 2017-04-14 14:54

Özünü tanımağınaçarıdı

Son vaxtlarfikirlərim o qədər qarışıq düşüb ki, həyatdan da, adamlardan da qaçmaq,qurtulmaq istəyirəm. Amma neyləyim ki, gedən yerim olmadığı kimi, qaçan yerim dəyoxdu. Bu da dolaşıq fikirlərimin düyününü bir az da bərkidir, bir az da sərtləşdirirvə nəticədə çözüm daha çətin, olur yaxşı ki, Allah qaranlığa gün işığı saldığıkimi,hərdən ürəyimə də, düşüncələrimə də birişıq tutur. Və mən də o işığın içərisində təkcə əllərimlə, gözlərimlə deyil, həmdə duyğularımla axtarışa çıxıram. Təmas qurmaq, tanış olmaq, üz-üzə, göz-gözəsöhbət etmək və nəhayət, bir anlıq da olsa dərdlərimi unutmaq istəyirəm…

Bax, mənə həmino işığın yaratdığı mənzərəni, qurduğu səhnəni yaşadan da misralardı. Yənikönlümü verdiyim, ruhumu tapşırdığım şeir çələngidi. Ona görə də şeirə təkcəsöz kimi, duyğuların ifadəsi kimi yox, həm də Tanrının pıçıltısı kimi yanaşıram.Çünki:


Hərdən günahımın

cəzasına çevrilən

sən də

sevgisizlik

davasına,

qayğısızlıq

qayğısına,

ev darlığına,

dəli eləyən

baş ağrısınadönürsən,

içimi didirsən,

«dözmək yaxşısa,

dözgörüm!»-deyirsən.


Hə, belədi də, məsləhət vermək həmişə asan olur.Düzdür, onun məsuliyyətli tərəfi də var. Amma bax elə indiki anda sizə oxuduğumşeir parçasında hər günahı günümün ahı kimi səsləndi. Günümün ahı isəsevgisizliyin, qayğının aşıb-daşmasının, bir də yurdumun, yuvamın, ocağımınsökülməsi, dağıdılmasıdı. Deməli, bu fonda bir dırnaq ilişəcək, əl ata biləcəyim yer varsa, hətta saman çöpüvarsa belə, o, təsəllidi. Təsəllini isə mənə misralar,yəni duyğuların hopduğu, duyğularıntərcümanı misralar verir.

İstənilən haldaistənilən misra gözəldir. Çünki o, dediyim kimi pıçıltıdı… o, hissin yazılı formasıdı. Ancaq onuoxuyanda, onu dinləyəndə qazandığın rahatlıq nə qədər müvəqqəti, nə qədər qısamüddətli olur-olsun izsiz ötüb getmir, mütləq izi qalır. Ona görə də:


Dolan buludam,Allah,

Yağsam, günəşçıxacaq.

Yüküm ağır,yolum uzun,

Bilməm,harda dayanacaq…


Hamımızçox şeyi bilmirik. Hamımız həm də çox şeyi bilirik. Amma ən qəribəsi odur ki,hamımız bir Allahın ətəyindən tutub, bir Allaha əl açıb ona pənah apardığımızı,ümid bağladığımızı, ondan ümid istədiyimizi, umacağımızı dilə gətiririk. Özü dəhamımız fərdi şəkildə, öz ürəyimizcə səsləndiririk, ifadə edirik. Lakin hamımızbaşlanğıcı olan yolun hansı məntəqəsinə qədər gedəcəyimizi sadəcə düşünürük,arzulayırıq, xəyal qururuq. O yolun dayanacağını isə bilmirik, tanımırıq. Və kimsədəndə soruşmaq bizim üçün gərəksizdi. Ona görə ki, o dayanacaq bəlkə də görünəndağdı. Görünən dağı isə soruşmağın nə lüzumu var? Üstəlik, o dağ həm dəsondu. Bütün hallarda son qaçılmazdı. Yükün ağır və yüngül olmasından asılıolmayaraq buna görə, dolan buludun yükünün ağır olması, yolunun uzunluğu fikrioxucunu, yəni məni üzmür, çökdürmür. Əksinə, mənim halımın ifadəsinə çevrilir,mənim durumumun yazılı forması olur.Onda ağlıma ilk gələn məhz yenə Tanrıpıçıltısı, yenə şeir olur.


Sözdənuca, sözdən qoca nə vardı?

Həmdostumdu, həm düşməndi, həm yaddı.

Tanrıruhumuzu sözlə oyatdı,

Gəl,sənə bir həzin şeir oxuyum.


Gördünüzmü,mənim öncədən söylədiklərim, öncədən ifadə etməyə çalışdıqlarım necə məntiqibir şəkildə, necə yığcam bir formada və necə hər kəsin həzm edə biləcəyi çeşiddəçıxdı qarşınıza. Sanki sifariş verdiymiz, arzuladığımız bir neməti qoydularqarşımıza. Və yaxud fikrini, ürəyini güzgü kimi tutmusan gözünün önünə ordagörürsən, orda oxuyursan. Bütün bunlar isə o deməkdir ki:


Qəlbimdəuyuyan ruhun rəngidi

İçimdəboylanan söz çələngidi.

Mənihüzuruna sevgi gətirdi,

Solansevdaların sarı çiçəyi…


Məniqınamayın və elə bilməyin ki, bütün bu yazdıqlarım sadəcə hansısa bir ilməsi,naxışı pozulmuş xalını təzələmək istəyimdi. Yox, mən sadəcə olaraq həmin oxalının bükülüb qoyulduğuküncdən və yaxud elə evimizdəki üst-üstə yığılmış yorğan-döşək yükündən götürübeyvandan asıram. İstəyirəm ki, onu hər kəs görsün. İstəyirəm ki, hamı o xalıyabaxanda bir anlıq dayansın, bir anlıq düşünsün və bir anlıq özü olsun, təpədəndırnağa özü, ətdən, sümükdən, qandan ruha qədər özü. Bax onda o xalıya da, oxalının naxışlarına da, hətta üzünə toxunan sarı çiçəyə, sarı yarpağa da bir fərqlimünasibət, bir fərqli baxış çiçək kimi açılacaq, gül kimi ətrini hiss etdirəcək.Və bütün bunların təsiri də səni, məni bir də yenidən kökləyəcək, həsədini, həsrətini, bütövlükdə isəyaşantını dilə gətirməyə. Deyəcəksən ki:


Obaköçmüş, ocaq diri,

İçimxal-xal yanıq yeri.

ÖlənTanrı bəxtəvəri,

Doğranıramyarpaq-yarpaq.


Olabilsin ki, aramızda kimlərsə mənimlə razılaşmasın… ola bilsin ki, kimlərsə bəxtəvərsözünü ölənə, dünyasını dəyişənə aid edilməsini qəbul etməsin. Bunları təbiisayıram. Amma mən özüm öz durumumda, öz düşüncəmdə, öz məntiqimdə əlimi ürəyiminüstünə qoyub hər gün ölüb haqqa qovuşana, ölüb əzablardan qurtulana, ölüb ölümüilə etirazı ortaya qoyanlara bəxtəvər deyirəm. Və inanıram ki, bu bəxtəvərçilikAllah tərəfindən bir mükafatdı. Və həmin mükafatı da Allah şərəf kimi haqqınınfədaisi olan insanlara alın yazısı yazır, alın yazısı edir. Deməli, bu məqamdasözün gücü bir daha öz təsdiqini tapır. Çünki ölənin bəxtəvərliyinə, bəxtəvərolduğuna məni, dinləyicini, oxucunu inandırır. Və mən də demək istəyirəm ki:


Sənüzmə özünü, ağlama belə,

Yolların dolayısı tez çatanolur.

Hərbağlı qapıya, bağlı demə gəl,

Taledənhər bəxti bir açan olur.


Görürsünüzmü,ölən bəxtəvərin təkcə, ölmək xilası deyilmiş, mükafatı deyilmiş, haqqı deyilmiş. Həm də bu onaaçılan qapıymış. Və hər qapını da açmaq üçün öncə o qıfılın açarını tapmaq,bunun üçün cəhd göstərmək, bunun üçün çarpışmaq, vuruşmaq lazımdı. Üstəlik, həmdə bu çaprışmanı, bu mübarizəni zaman baxımından, məsafə baxımından qısaltmaq,tezləşdirmək, nəticədə də bəxtinə düşəni öz halal haqqın kimi əldə etmək gərəkdi.Bu,əslində həm də bir zərurətdi.Çünki alınına yazılıb, alın yazındı. Baxmayaraq ki, qayğılar, problemlər,anlayışsız bəndələr, üstəlik də zamanın özübəzən adamı elə sıxır, elə yorur ki, adam özü özündən bezir. Belə andademək istəyirsən ki:


Adiqayğılardan bezmişəm daha,

Gəl,günün özündən gün oğurlayaq.

Aşaqyaş həddini, ömür həddini,

Bircəgün bir başaq ömür yaşay aq.


Təbiiki, hər gün öz ovqatıyla insanı kökləyir. Ona görə gün sözünü ovqatdan önə çəkirəmki, indi bizim ovqatımızı açılan səhər, başlanan gün müəyyən edir. Biz elə bir gərginliklər içərisindəyik ki,günün ovqatını qura bilmirik. Üstəlik, sürətimiz də çox aşağıdı. Lap primitiv şəkildədesək, indi günün barıtı o qədər çoxdu ki, ovqatın nəm barıtını göyə sovurur.Ona görə də gözüyumulu şəkildərazılaşıram. Yəqin ki, siz də razılaşırsınız günün ovqatıyla. Əks halda, şeirdədeyildiyi kimi:


Görəkhansı ömür daha gözəldi,

Görəkhansı ömür daha bəxtəvər.

Ağacda, çiçək də dərd çəksə onda,

Ağacol, insan ol, nə fərq eyləyər?


Gördünüzmü,bu şeirin müəllifi də elə mənim, sənin içindən keçənləri, bizim günə hesablananovqatımızı necə ifadə edibdi. Və biz bu ifadələrin içərisində canı şüşədəsaxlanan divlərə bənzəyirik. Ona görə də şəxsən mən üzümü ocağa, yurda çevirirəm. Çünki ora güvənc nöqtəmdi,dayaq nöqtəmdi. Üstəlik, ordan mən özümə bir iynə ucu boyda da olsa, od götürə bilirəm. Həmin odmənə indiki anda ayaqda durmaq, yaşamaq, ən azından mövcudluğumu ifadə etməkimkanı verir. Axı:


Yönümdüşməmişdi gör haçan idi,

Canımın,ruhumun dərmanı idi.

Anamsağ olsaydı,iş asan idi,

Kimsəyoxdu ağı desin bu kəndə.


İndibildinizmi yönümü niyə ocağa, yurda tərəf tutmuşam? Ona görə ki, yurdum,ocağım, kəndim yoxdu, olsaydı, mənə ağı deyən də, layla çalan da, hətta tost söyləyən dəçıxardı ortaya. İnanın ki, heç mən onları axtarmazdım, özləri boy göstərərdilər.Və nəhayət…

Bəli,yazımın əvvəlində dediyim kimi, Tanrı pıçıltısı olan şeir mənim anlamıma, inamıma görə, ruhumun dərmanıdı,ürəyimə səpilən sevgi şehidi. Mən də bütün bunlara görə, həm ümumi halda, həm dəfərdi şəkildə özümə təsəlli verirəm. Axı, o pıçıltıları dinləmək,eşitmək və bəzən onlara qoşulmaq imkanını Allahım məndən əsirgəməyib. Üstəlik mənəimkan verib ki, bir etirafa da qoşulum.


Yudugöz yaşın yolları,

Yudu,bəxtin tək qurutdu.

Yolundaəridiyin adam,

Adınıçoxdan unutdu.


Bubir gerçək -yolunda özümü əsgər saydığım, sırasında durduğum, yolunu gözüyumulu keçməyəhazır olduğum cəmiyyət, insanlar və nəhayət, güc sahibləri məni də unutdular, öz yollarını da unutdular,hətta… Siz isə yolunuzu unutmayın! Çünki yolunuzu unutsanız, Allahın pıçıltısı olan bütün nələr varsa,hamısını unudacaqsınız. Bilin ki unudanlar özləri də elə unudulurlar ki, sonrabu barədə kimsənin nəsə deməsi beləmümkün olmur. Axı, hər kəs öz haqqını yeyir.

P.S. Yazıdakı şeirlərin müəllifiSona xanım Vəliyevadı.


TƏQVİM / ARXİV