adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Aprel 2017 14:01
5867
DÜNYA
A- A+

Türkiyədə terror törətməyi planlaşdırmaqda şübhəli bilinən İŞİDçilər tutulub

İstanbul polisi terrorçu İŞİD qruplaşmasının 5 üzvünü tutub.

Adalet.az-ın məlumatına əsasən, bu barədə "Report” Anadolu agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, onlar aprelin 16-da Türkiyədə keçiriləcək referendum zamanı terrorlar törətməyi planlaşdırmaqda şübhəli bilinirlər.

Onlar kəşfiyyat məlumatları əsasında tutulublar.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək.