DAŞ ATIB PUL QAZANIB?..

FAİQ QİSMƏTOĞLU
68326 | 2017-04-14 13:49

… İkimərtəbəli evinikinci mərtəbəsindəki çarpayıda Qalib kişi şirin yuxuya getmişdi. Adətən evdəkilərsəhər tezdən yuxudan qalxsa da, Qalib kişi bir qədər onlardan gec dururdu. İşini-gücünüo qədər dəqiqliyiylə səhmanlamışdı ki, tay onun səhər tezdən yuxudan qalxmasınaehtiyacı qalmırdı. Amma buna baxmayaraq Qalib kişi yenə hər şeyə nəzarət eləyir,iş əyri gedəndə arvad-uşağın gözündə ip əyirirdi.

… Evdəkilər ondanmöhkəm çəkinirdi. Həm də Qalib kişi çox varlı, imkanlı adam idi. Zəhmindən nəinki qadınlar, hətta kişilər də ondan çəkinirdi.Bu qədər varlı-hallı adam heç vaxt özündən razı olmaz, hamıya, xüsusən də qohum-əqrabasınaaz qalırdı ki, gözünün yağını yedirtsin...

… Sübh tezdən əmisioğluQurban gəlib kəsdirmişdi onların qapısının ağzını. Arvadı Münəvvər də Qurban kişinigörəndə elə bil ki, anasının oynaşını görürdü. Çünki bu Qurban kişi o qədər onunərindən istifadə etmişdi ki, sayıb qurtarmaq mümkün deyildi. Qurban kişi həyətəgirəndə birinci əmioğlusunu səslədi:

- Ay Qalib, ay Qalibhardasan, bir hay versənə?

Ona hayı Qalib kişininarvadı Münəvvər verdi:

- Çox bərkdən qışqırma,kişi yatıb! Nə sözün var deyərsən gedib çatdıraram...

Münəvvər arvadınsözləri heç Qurban kişini açmadı. Dedi ki, əmioğlumla işim var. «İşim» deyəndə Münəvvərarvadın dalağı sancdı ki, yenə Qurban kişi borc almağa gəlib. Hansı ki, bundan əvvəlüç dəfə hər birində beş min-beş min borc almışdı və heç birini də qaytarmamışdı.Amma onun ağzı nəydi ki, gəlib ərinə deməsin ki, əmioğlun gəlib...

… Ehmalca ikincimərtəbyə qalxdı, evin qapısını açdı. Gördü ki, əri Qalib kişi qapını açdığını hisselədi. Kişi soruşdu:

- Həyətdəki Qurbandı?Çağır gəlsin.

Münəvvər arvad ərinəyalvarmağa başladı:

-Saa qurban olum, bundan canını qurtar! Yoxsaarsızın biridi, hər dəfə pul alıb qaytarmır. Sən də ona bir söz demirsən, hirsinitökürsən bizim üstümüzə. İndi də xoruz ban verəndə elə-belə gəlməyib. Yəqin pulistəyir…

Kişininqaş-qabağını görən Münəvvər arvad tay sözünün ardını gətirmədi. Aşağı düşdü və əmisioğluQurbana dedi ki, qalx yuxarı! Qurban da sevinə-sevinə ikinci mərtəbəyə qalxıb evəgirdi. Çarpayıda yatan əmisioğluda ayağa qalxdı. Qurban onu quçaqladı vədedi:

- Əmioğlu, ölmüşəm,məni yerdən götür. Təcili on min manat pul lazımdı. Əgər o pulu tapa bilməsəm Moskvada yaşayanoğlumu tutacaqlar…

Qalibkişi papirosunu yandırdı, bir-iki qullab vurdu:

-Deyirsən, uşaq ilişib?

Qurbankişi:

- Hə, əmioğlu! Əgərbu gün-sabah pulu çatdırmasam, məhkəmə ona doqquz il iş verəcək.

.. Yenə papirosunabir-iki qullab vuraraq mütəkkəyə dirsəkləndi. Əmisi oğluna dedi ki, Münəvvəri çağırgəlsin! Sən də düş aşağıda gözlə! Çünki bütün pullar Münəvvərin taxta sandığındaidi. Münəvvər də taxta sandığın ağzına düz üç kilid vurardı. Kilid də vurandan sonraaçarla kilidi bağlayar, açarları da qoynuna qoyardı…

Arvad yuxarı qalxdı.Kişi dedi ki, sandığı aç, ordan mənə iki əllilik paçkası ver. Arvad yenə zarımağabaşladı:

- A kişi, sən birdəfə deyə bilmirsən ki, pulum yoxdu? Əminoğluna üç dəfə pul vermisən, heç birinidə qaytarmayıb. İndi də on min manat pul verəcəksən. Elə bilirsən onu qaytaracaq?De ki, yoxumdu, çıxıb getsin…

Kişi yenidən arvadınatərs-tərs baxdı:

- A köpəkoğlununqızı, mən necə yalandan deyim ki, pulum yoxdu! Axı Allah görür ki, pulum var, buruzini mənə yetirən qurban olduğumdu. Onu da qohum-əqrabaya əli yananda verməsəm,Allaha ağır gedər, sonra da ruzimiz quruyar…

Deyəsən, kişinindediyi son sözlər arvadın ağlına batdı:

- Tay özün bilərsən!– dedi.

Münəvvər arvad sandıqdaniki əllilik paçkasını çıxarıb ərinə verdi. Dedi ki, indi Qurbanı çağır gəlsin, birsəhər yeməyi də düzəlt…

Əmisi oğlu Qurbanyenidən ikinci mərtəbəyə qalxdı və yenidən gəlib əyləşdi Qalib kişinin yanında.Münəvvər arvad da heç on dəqiqə keçmədi ki, sinidə bal, yağ, qaymaq, özü də qaymaqelə-belə qaymaq deyilidi, payızın camış qaymağı idi və o qaymağı da bıçaqla kəsirdin.Səhər-səhər hər ikisi o qaymaqdan da, baldan da möhkəm yedilər. Sonra da Qalib kişiiki əllilik paçkasını əmisi oğlu Qurbana verdi və dedi:

- İşini düzəlt, darıxıbeləmə, imkanın olanda borcunu qaytararsan!

Qurban kişi qısmışdıvə beynindən bir fikir keçdi: «İmkanım olanda da qaytaran deyiləm. Qaynın Nəsibbeş dəfə pul alıb, hanısını qaytarıb? Mən ki, sənin əmin oğlunam, əlim də aşağıdı».Pulları cibinə qoyub sevinə-sevinə ikinci mərtəbənin pilləkənləri ilə həyətə düşdü,sonra da maşına əyləşib getdi.

… Bir müddət keçəndənsonra da bəlli oldu ki, Qurban kişinin oğlu heç «ilişməyibmiş». Sadəcə olaraq bupulla özünə təzə «Volqa» almaq istəyirmiş.Moskvaya getdi, oğlunun köməkliyi ilə «QAZ-21»i alıb gətirdi. «Volqa»nın qabağındaceyran heykəli də vardı. Bu kənddə cəmi iki «Volqa» vardı – biri Qalib kişinin idi,biri də avtoinspektor Sabirin. Qurban kişinin Moskvadan alıb gətirdiyi «Volqa» onlarınmaşınından da təzəydi. Hətta elə bəzək-düzək vurdurmuşdu ki, gəlin gətirmək istəyənlərQurban kişinin «Volqa»sını axtarırdı. Elə bu «Volqa» ilə də o, yaxşı pul qazanırdı.Bir maşının bəkə də pulunu çıxarmışdı...

Qalib kişi QurbanınMoskvadan «Volqa» alıb gətirmək xəbərini eşidəndə çox sevindi. Yenə arvadı iki daşınarasında ona xatırlatdı. «Gördün əmin oğlunu, sənnən uşağının ilişməsi ilə bağlıborc pul aldı, sonra da gedib «Volqa» gətirdi. İnsanın bir bicliyinə bax ha?! Burdaağlayır, sısqayır, yalandan səni aldadır, sonra da maşın gətirir».

Kişi yenidən arvadınaəsəbləşdi:

- Sən az danış, mənözüm bilərəm. Deməmişəm ki, mənim işimə burnunu soxma?!

Kişinin qırımındanarvad hiss elədi ki, bir az da danışsa əri onun yeddi arxa dönənini sulayacaq. Onagörə də səsini xırp kəsdi…

Qurban kişi aylar,illər ötsə də yenə öz kefində idi. Heç pulu qaytarmaq barəsində bir dəfə olsun belədüşünmürdü. Bir dəfə elə oldu ki, Qalib kişi qardaşından əmisi oğluna sifariş göndərdiki, bir az əlim aşağıdı, o borc puldan imkan varsa qaytarsın. Qalib kişinin qardaşıxəbəri əmisi oğlu Qurbana çatdıranda Qurban borc qaytarmaq əvəzinə özündən çıxdıvə ağzı köpükləndi:

- Ə, bu mənim əmimoğlu da çox qəribə adamdı e! İtə-qurda o qədər pul verib, birini istəmir. Amma doğmacaəmisi oğlundan pul tələb eləyir! Get, əmioğluma denən ki, daş atıb pul qazanıb?!Mənim ona verəsi pulum yoxdu! Onsuz da Münəvvər arvadın iki kilid vurduğu sandığıniçində bir kisə pul var. O bir kisə puldan indi iki paçkasını mənə verib, dünyadağılmayıb ki?

Qardaşı da əmisioğlunun cavabını Qalib kişiyə çatdırdı. Tay Qalib kişi də bir söz demədi. Bircəonu dedi ki, elə camaat ona yaxşı deyir ki, üzü qırmızı adamdan nə desən gözləməkolar. Qoyolsun! O düz deyir, mənim pulumu it-qurd yeyib. Qoy bu dəfə də əmim oğlu yesin!Təki Allah mənə pul yetirsin və mən də onlara borc verim…

Busöz-söhbətdən sonra tay Qurban kişi bir də o həyətə gəlmədi. Amma əmisi oğlununda ürəyi çox yumuşaq idi. Bir axşam onu evinə çağırtdırdı və Qurban da qorxa-qorxaikinci mərtəbyə qalxdı. Elə bildi ki, əmisi oğlu Qalib dişinin dibindən çıxanı onadeyəcək və pulunu istəyəcək! Amma əmisi oğlu ona heç bir söz demədi. Qalib kişibir cümlə işlətdi:

-Əmioğlu, sən pisliyindən qalmırsansa, mən niyə yaxşılığımdan qalmalıyam? Nə vaxtpul lazım oldu utanma, de, verəcəm!..

Qalibkişinin sözləri Qurbana güllə kimi dəydi. Evdən çıxanda cum-culuq tərə batmışdı.Əlini cibinə atdı, dəsmal da tapa bilmədi. Pencəyinin qoluyla alınında puçurlanmıştəri sildi, ikinci mərtəbədəki pilləkənləri yavaş-yavaş düşdü. Elə bil ki, dünya onun çiynində idi…


TƏQVİM / ARXİV