adalet.az header logo
  • Bakı 18°C
14 Aprel 2017 13:29
14736
DÜNYA
A- A+

Meksikada sərnişin avtobusu qəzaya düşüb: Ölənlər var

Meksikanın cənubi-qərbində sərnişin avtobusu benzindaşıyan maşın ilə toqquşub.

Adalet.az Life-a istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 24 nəfər ölüb, müxtəlif dərəcəli xəsarətlər alan daha doqquz nəfər xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, 36 turistin olduğu avtobus İkstapa-Siuatanexo rayonunda çimərlik istiqamətində hərəkət edirdi. Petakalko şəhəri yaxınlığında o, avtosisternəçırpılıb, nəticədə partlayış baş verib.

"Sky News”un məlumatına görə, toqquşmanın səbəbləri aydınlaşdırılır.