adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Aprel 2017 13:24
4519
GÜNDƏM
A- A+

İstilik sistemi niyə vaxtından tez kəsilib? - Açıqlama

"Azəristiliktəchizat” ASC Bakının bir çox yerlərində istilik sisteminin vaxtından tez dayandırılması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, əhaliyə verilən istilik dayandırılmayıb, bəzi yerlərdə qaz problemi ilə əlaqədar fasilələr yaranıb.

"Qaz problemi ilə əlaqədar fasilələr ola bilər. "Azəriqaz” tərəfindən aparılan təmir işləri ilə bağlı xəbərdarlıq edilmişdi. Bəzi qazanxanalara qazın verilməsində fasilələrin yaranması istiliyin kəsilməsinə səbəb ola bilər. Amma bizdə mövsüm aprelin 15-də bitir və sabah evlərə istiliyin verilməsi ilə bağlı sonuncu gündür”.

Qeyd edək ki, dünən günorta saatlarından başlayaraq Bakının bir çox yerlərində mənzillərə verilən istilik sistemi kəsilib.