adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2017 12:20
2639
GÜNDƏM
A- A+

Ermənilərdən Eldar Qasımova qarşı təxribat – FOTO

Bu gün "Eurovision - 2011”-in qalibi Eldar Qasımovun "Instagram” səhifəsində ermənilərlə bağlı paylaşımlar edilib.

Adalet.az xəbər verir ki, erməni hakkerləri tərəfindən oğurlanan səhifədə erməni terrorçusu Monte Melkonyanın fotoşəklivə Ermənistan bayrağı paylaşılıb. Paylaşımlara "Yaşasın Ermənistan” sözləri yazılıb.

E.Qasımovunsəhifəsinin profil fotosu da dəyişdirilərəkerməni bayrağı və terrorçunun şəkli ilə əvəzlənib.

Müğənni bununla bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edərək "Instagram”dakıeldar_officialsəhifəsini şikayət etməyi xahiş edib.

Qeyd edək ki, müğənninin "Instagram” səhifəsində 20 mindən çox izləyici var.