adalet.az header logo
  • Bakı 16°C
14 Aprel 2017 12:10
13647
SİYASƏT
A- A+

ABŞ Müdafiə Nazirliyi “bütün bombaların anası”nın partlayış anını paylaşıb – VİDEO

ABŞ Hərbi Hava Qüvvələri"bütün bombaların anası” adlandırılan GBU-43/B bombasının atılması və partlayış anının əks olunduğu videonu paylaşıb. "Mother of All Bombs” – orijinal irikalibrli aviasiya sursatı olan "Massive Ordnance Air Blast” bekronimidir.

Adalet.az lenta.ru-ya istinadən xəbər verir ki, 2003-cü ildə çəkilmiş arxiv kadrlarıPentaqon Əfqanıstanda "İslam dövləti” terrorçularına qarşı güclü fuqas bombasından istifadə edildiyinə dair məruzədən sonra yayılıb.

Zərbə Nanqarxar əyalətinə endirilib. Amerika komandanlığının bəyanatına görə, GBU-43-ün yardımı ilə hərbçilər yaraqlıların istifadə etdikləri tunel və mağara sistemlərini məhv etmək istəyirdilər. Əməliyyata hazırlıq bir neçə ay çəkib. Bombardmanın nəticələrinə dair hələlik məlumat verilmir.