adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Aprel 2017 22:29
12387
DÜNYA
A- A+

Pakistanda tələbəni “kafirliyə” görə ölənə qədər döydülər

Pakistanuniversitetlərinin birində tələbəni "kafirliyə” görə ölümcül döyüblər.

Adalet.az-ın xəbərinə görə, bu barədə aprelin 13-də Reuters nəşri məlumat verir.

Hadisə Peşəvar şəhərində baş verib. Polisin məlumatına əsasən, 10 tələbə "Allahu əkbər” şüarı ilə jurnalistika fakültəsində təhsil alan Maşal Xana hücum ediblər, onu soyundurublar və ölənə qədər döyüblər.

Hadisəyə şahid olan digər tələbələr isə Xana kömək etmək əvəzinə, onun döyülməsini telefona çəkiblər.

Qatillər Maşal Xanın cəsədini yandırmaq istəyəndə polis tərəfindən saxlanılıblar.

Dindirmə zamanı onlar bildiriblər ki, Xana sosial şəbəkələrdə "kafir” fikirlər yazdığına görə əsəbiləşiblər.