adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Aprel 2017 21:44
16972
MƏDƏNİYYƏT
A- A+

Cəlil Məmmədquluzadənin Tbilisidəki Ev Muzeyi təmir olunacaq

Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadənin Tbilisidəki Ev muzeyinin təmirə ehtiyacı var.

Adalet.az-ın Report-a istinadla məlumatına görə, xeyli vaxtdır baxımsız qalan binanın divarlarında çatlar yaranıb.

Muzeydə saxlanılan və C.Məmmədquluzadənin Tbilisidəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlərin afişaları, "Molla Nəsrəddin” jurnalının nüsxələrin bir hissəsi də tam yararsız vəziyyətə düşüb.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəriƏflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstandakı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və müavini Mayak Nemətov böyük ədib, dramaturq Cəlil Məmmədquluzadənin Tbilisinin mərkəzi Besik küçəsindəki Ev-muzeyində olublar.

D.Həsənovaçıqlamasında deyib ki, böyük ədibin ev muzeyi 1997-ci il oktyabrın 11-də açılıb. "Qeyrət” mətbəəsi də vaxtilə bu evin zirzəmisində yerləşib. Onun sözlərinə görə, Azərbaycanın Tbilisidəkisəfirliyinin əməkdaşları artıq binaya baxış keçiriblər. Burada saxlanılan kitabların, avadanlığın, foto və video, jurnal və digər yazılı materialların siyahısı hazırlanıb:

"Təəssüf ki, bəzi kitablar, "Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi yararsız vəziyyətə düşüb. Biz çalışacağıq ki, binanın təmir və yararsız vəziyyətə düşmüş mal materiallarını bərpa edək”.

Diplomat bununla əlaqədar olaraq, Azərbaycan və Gürcüstan hökumətlərinə, müvafiq strukturlara müraciət olunacağını bildirib.

Əflatun Amaşov isə qeyd edibki, C.Məmmədquluzadə Azərbaycan mədəniyyətinin, incəsənətinin, jurnalistikasının inkişafında böyük xidmətləri olmuş şəxsiyyətdir:

"Böyük ədib1903-cü ildənTbilisidə nəşr edilən"Şərqi-Rus”qəzetiredaksiyasında işləyib. CəlilMəmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus” qəzeti və onun redaktoruMəhəmməd ağa Şahtaxtinskininmühüm rolu olub. "Şərqi-Rus” qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki,Cəlil Məmmədquluzadəkimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi”.

Deputat muzeyin ciddi təmirə ehtiyacı olduğunu bildirib və deyib ki, bu mədəniyyət ocağının tez bir zamanda təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaq.

Qeyd edək ki, ədibin "Poçt qutusu” adlı ilk mətbu əsəri, "Kişmiş oyunu”,Lev Tolstoydantərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilib.

İlk nömrəsi1906-cı ilaprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan"Molla Nəsrəddin” jurnalınınnəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub.