adalet.az header logo
  • Bakı 11°C
13 Aprel 2017 21:36
7728
DÜNYA
A- A+

Günəş sistemində yeni planet aşkarlandı

Astronomlar belə qənaətə gəliblər ki, Günəş sistemində aşkarlanan "DeeDee” obyekti cırtdan planetdir.

Adalet.az-ın xəbərinə görə, bu barədə Phys.org saytında məlumat verilir.

"DeeDee” 2016-cı ilin oktyabr ayında Çilidəki Serro-Tololo rəsədxanasında "Dark Energy Survey” layihəsi çərçivəsində dörd metrlik "Blanko” teleskopu vasitəsi ilə aşkarlanıb.

Müəyyən edilib ki, "DeeDee” planeti Plutona nisbətən Günəşdən üç dəfə uzaq məsafədədir.

Planetin diametri 635 kilometr təşkil edir. Tədqiqatçıların hesablamalarına əsasən, planetin ölçüləri onun kürə formasında olmasına imkan verir. Bu isə "DeeDee”nin cırtdan planet olmasının sübutudur.

"DeeDee”nin səthində temperatur Selsi şkalası ilə mənfi 243 dərəcədir. Səma cismi üzərinə düşən işığın yalnız 13 faizini əks etdirir.