adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Aprel 2017 16:02
16998
İQTİSADİYYAT
A- A+

Yeni fabrik açılır: 150 nəfər işlə təmin olunacaq

"Pestisid fabrikinin tikintisi üzrə işlər avqust ayında başa çatacaq”.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Aqrokimya Azərbaycan” MMC-nin texniki direktoruƏli Arman Kabakçıoğludeyib.

O bildirib ki, fabrikin illik istehsalat gücü 9 min ton təşkil edəcək:

"İlkin mərhələdə istehsal olunan məhsul daxili tələbatı ödəyəcək, daha sonra pestisidlərin ixrac olunması başlayacaq”.

Ə.A.Kabakçıoğlu qeyd edib ki, fabrikin tikintisinə 2016-cı ilin yanvarında başlanılıb.

Onun sözlərinə görə, fabrikdə işçilərin sayı 150 nəfər təşkil edəcək. Layihənin reallaşdırılması üçün 15 milyon dollara yaxın investisiya qoyulub.