adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Aprel 2017 15:27
4060
MƏMLƏKƏT
A- A+

Siqaret alan yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq

Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, eləcə də tütün ticarətinə cəlb edilməsi qadağan edilir.

Bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.

Adalet.az bu barədə APA-ya istinadən xəbər verir.

Məlumata görə, yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağan edilir.