adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Aprel 2017 14:26
6347
GÜNDƏM
A- A+

ŞİMALİ KOREYANIN ADI DİLİMƏ YATMAYAN PREZİDENTİ

ölkəsini də, xalqını da faciəyə sürükləyir. Cibində iki-üç dənə qəpik-quruş nüvə silahı var, elə bilir milyonerdi. Qonumuna-qonşusuna kəllə atmağı bəs deyil, hələ bir ABŞ-ı da hədələyir və nəticədə ABŞ-ın əlinə «kozır» verir. Buyur, indi ABŞ bir dünyanı dağıda biləcək bir hərbi gəmisini, içində də 150 raket, göndərir Şimali Koreya sahillərinə. Orta Doğu (Yaxın Şərq) bataqlığından çıxa bilməyən dünya indi bir Uzaq Şərq bataqlığına doğru getməkdədi.

Bu Suriyanın, İraqın, nə bilim Fələstinin yenə üç-dörd ağsaqqalı var, bu bədbəxtin heç bir ağsaqqalı da yoxdu.

Özü cəhənnəm, arada Koreya xalqı qırılacaq. İndi də dünya ordan ac-yalavac və ya qırılmış cocuqların şəkillərini paylaşacaq.