adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GEDİN VƏ «SARA» FİLMİNƏ BAXIN

AQİL ABBAS
87538 | 2017-04-14 13:20

Gənc rejissor Elvin Əhmədovözündə cəsarət tapıb və «Sara» adlı detektiv bir film çəkib. Detektiv janrı Azərbaycanda çox az müraciət olunan janrdı. Görünür, məhz elə buna görə də gənc rejissor beləbir mövzuya müraciət edib. Onu da deyim ki, filmdə gənc aktyorlarla yanaşı ölkənintanınmış aktyorları da iştirak edib. Və əsas rollardan birini də xalqımızın sevimlisənətkarı Rasim Balayev canlandırıb.

Baxıram, hamı düşüb bu filminüstünə; sağdan-soldan vurur, kinonu bilən də, bilməyən də.

Azərbaycanın ən uğurlu detektiv filmi mənim subyektiv fikrimcə, «O qızı tapın»dı. Bu filmidünya ilə bir adı olan rejissor çəkib vəbu filmdə Azərbaycanın ən məşhur və ən görkəmli aktyorları iştirak edib. Həmin filmdədə istədiyimiz qədər nöqsan tapa bilərik. Amma bu gün də filmə həvəsləbaxırıq .

Demirəm «Sara» filmi əjdaha bir filmdi, amma maraqlı bir film çəkilib. Və süjet xətti tamaşaçını öz arxasıncaapara bilib. Müəyyən ssenari qüsurları olmasa film daha uğurlu alınardı. Mənim fikrimcə,bu ssenarini görkəmli yazıçımız Çingiz Abdullayevə oxutsaydılar film daha çox uğur qazanardı.

Bunlar keçib. Ortada bir film var, gözəl operator işi var, aktyorlar rollarınınöhdəsindən gəliblər, rejissor da istədiyini həll edə bilib.

İndi bu gənc rejissora dayaq durmaq,ruh vermək əvəzinə qolunu, qanadını qırırlar. Buyurun, tənqid edin, sevgi ilə tənqidedin, səhvləri göstərin. Növbəti filmində bu tənqiddən nəticə çıxarsın.

Rac Kapurun oğlunun birinci filmi o qədər zəif alınır ki, heç ekranlaraburaxmır, milyonlarla da pul xərclənib. Bunu Rac Kapura deyəndə ki, oğlunun filmibelə alınıb, deyir eybi yox, biri, ikisi, üçü alınmaz, dördüncü alınar.


Elvin milyonçu Rac Kapurun oğlu deyil, atası Salyanda adi bir işdə işləyənbizlərdən biridi. Özü də filmi milyonlara çəkməyib. Təxminən 2010-cu ilin babatbir «Mersedes»inin puluna çəkilib. Ortaya da Rac Kapurun oğlundan fərqli olaraq normal bir film qoyub.

Film Bakıda kino-teatrlarda yayımlanır. Və oxuyuram ki, rejissor da, yaradıcı kollektiv dətamaşaçıların azlığından gileylənirlər. Yəni bir həftə ərzində onların dediyinə görə, 2 mindənbir az artıq adam baxıb bu filmə. Buna üzülmək lazım deyil. Dostum,yadında saxla, şair demiş, qalan sağlar bizimdi.

Hələ filmin normal piyarı yapılmayıb, televiziya kanalları geniş materiallar verməyib, qəzetlər-saytlar reklamınıverməyiblər. Və darıxmayın! Bu film tamaşaçı rəğbətini qazanacaq və bu film sərhədləri də aşacaq.

Sən Pələngsən, erməni güllələrindənqorxmayan Pələng. Özümüzün atdığı güllələrsənə heç nə edə bilməz. Sənə özümüzün atdığımız güllələrə sinəsini verən oğullarda var.

Sən yeni bir film haqqındadüşün. Və yeni filmini çəkərkən abilərinləoturub bir götür-qoy elə.

Səni və yaradıcı kollektivinizitəbrik edirəm, uğurlar arzularyıram. İnanıram ki, ikinci filmin daha uğurlu olacaq.Özü də elə bu detektiv janrdan uzaqlaşma. Alınır səndə.

Sevgili oxuculardan da xahişedirəm ki, getsinlər və «Sara» filminə baxsınlar. Heç nə itirməyəcəklər, əksinə,sevinəcəklər ki, Azərbaycanda 26-27 yaşında bir gənc belə bir film qoyub ortaya.


TƏQVİM / ARXİV