adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Aprel 2017 13:35
3880
GÜNDƏM
A- A+

ANS-in apellyasiya şikayətinə baxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media” şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Adalet.az xəbər verir ki, bu barədə  Report-a MTRŞ-nın nümayəndəsiToğrul Mirzəzadəməlumat verib.

Onun sözlərinə görə, hakimVidadi Məmmədovunsədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya "Abşeron” əvəzinə, "Sevgi naminə” adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi MTRŞ-nın iddiasini təmin edib.

Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.