adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Aprel 2017 13:13
9462
SİYASƏT
A- A+

Kliçko: “Kiyev-Bakı əməkdaşlıq potensialı tam reallaşmayıb”

"Kiyevlə Bakı arasındakı əməkdaşlıq potensialı tam reallaşmayıb”.

Adalet.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Kiyev meri Vitali Kliçko deyib.
"İki paytaxt arasında əməkdaşlıq başlanğıc mərhələsindədir. Xüsusilə biznes, mədəniyyət və idman sahələrində əməkdaşlıq potensialımız var. Bu barədə ölkə prezidenti ilə görüşdə danışmışam. Əfsuslar olsun ki, əvvəlki illərdə bu potensialdan tam istifadə olunmayıb", - deyə o bildirib.