adalet.az header logo
  • Bakı 18°C
13 Aprel 2017 12:50
9750
ƏDƏBİYYAT
A- A+

Bir səda eşitdim

Gecə qaranlıqdır,tək addımım səs, 

Yanımda kimsə yox,hiss etdim nəfəs.

 Bir anlıq vəsvəsə,bu nə qorxudur?

 Məndəki güc,qüvvə,cəsarət budur?


Əqlim tez-tez deyir,dön arxaya bax,

 Qəlbim çırpınaraq deyir qaç uzaq. 

Allah dedim, döndüm arxaya bu an

 Gördüm üç canavar,ağzı-burnu qan.


Qorxudan gözlərim olmuşdu duman,

 Söylədim ya allah,halım çox yaman. 

Allahdan köməyim gəldi bu zaman, 

Bir səda eşitdim,yuxudan oyan.


IV kurs Dram rejissor sənəti fakültəsinin tələbəsi Əli Bünyadzadə