adalet.az header logo
  • Bakı 16°C
13 Aprel 2017 12:44
4896
İDMAN
A- A+

İslamiadanın su səyahətinin Sabirabad mərhələsi başlayıb

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabad mərhələsi başlayıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Sabirabadda səyahət Suqovuşan kəndindən - Kür və Araz çayılarının qovuşduğu yerdən start götürüb.

Sərbəst güləş üzrə Avropa çempionu Seyfulla Mehdiyev, MMA üzrə dünya çempionatının qızıl medal mükafatçısı Azad Əsgərov və 10 yaşlı Sabirabad məktəblisi, futbol və rəsm həvəskarı Tahir Quliyev Kür və Araz çayılarının qovuşduğu yerdən su götürüblər. Sonra səyahət iştirakçıları Sabirabad şəhərinə yola düşüblər. Mərasim bu gün saat 20:00-da Sabirabad şəhərindəki Heydər Əliyev meydanında su festivalı ilə davam edəcək.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya Stadionunda başa çatacaq.