adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Aprel 2017 12:04
8160
SİYASƏT
A- A+

Tramp: ABŞ-ın Rusiya ilə münasibətləri yaxşı deyil

Rusiya ilə münasibətlər "ən aşağı həddə” çatıb.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberq ilə danışıqların nəticələrinə dair mətbuat konfransında bildirib.

"Biz Rusiya ilə yola getmirik”, - Birləşmiş Ştatların rəhbəri deyib. Bununla yanaşı, o vurğulayıb ki, Moskva ilə münasibətlərin normallaşdırılmasına çalışır.

"Çox yaxşı olardı ki, biz Putin, Rusiya ilə münasibətləri düzəldərdik... Mən hamı ilə yaxşı münasibətdə olmaq istərdim... Səlahiyyətlərim sona çatdıqda, dünyada vəziyyət daha yaxşı olacaq”, - Tramp bildirib.