adalet.az header logo
  • Bakı 18°C
13 Aprel 2017 09:35
5883
DÜNYA
A- A+

Baş katib başından böyük danışdı - ÜZR istədi

Ağ Evin mətbuat katibi Şon Spayser Suriya Prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib. O, uğursuz müqayisəyə görə CNN televiziyası vasitəsilə üzrahlığını çatdırıb.

"Açığını desəm, mən səhvən heç bir şeylə müqayisə edilməyəcək olan Holokostla bağlı yersiz fikirlər səsləndirdim. Buna görə üzr istəyirəm. Bu səhv idi”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Spayser jurnalistlərə açıqlamasında Əsədlə Hitlerin müqayisəsini aparıb və hətta nasist liderin kimyəvi silahlardan istifadə etmədiyini bildirib. Lakin jurnalistlərdən biri almanların soyqırım zamanı qazdan istifadə etdiyini Spayserə xatırladıb.

Ağ Ev rəsmisi də jurnalistə belə cavab verib: "Əsəd kimi öz xalqına qarşı kimyəvi silahları istifadə etməyib. Onları soyqırım mərkəzlərinə göndərirdi”.