adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Aprel 2017 23:12
4690
İDMAN
A- A+

Çempionlar Liqasında 1/4 final mərhələsinin təxirə salınmış matçı keçirilib

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Adalet.az-ın məlumatına görə, əvvəl dünən Dortmundda baş vermiş partlayış səbəbindən təxirə salınan "Borussiya” – "Monako” matçı keçirilib.

Matçda "Monako" 3:2 hesabı ilə qalib gəlib. Bakı vaxtı ilə saat 22:45-də 1/4 final mərhələsinin daha iki oyunu start götürüb. "Atletiko” "Lester”i, "Bavariya” isə "Real”ı qəbul edir.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

12 aprel

"Borussiya” (Dortmund, Almaniya) – "Monako” (Fransa) - 2:3

Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)