adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Aprel 2017 22:43
4355
İDMAN
A- A+

“Lester” azarkeşləri Madriddə iğtişaşlar törədiblər

İngiltərənin "Lester Siti” klubunun azarkeşləri Çempionlar Liqasının 1/4 mərhələsi çərçivəsində "Atletiko” klubu ilə görüşdən əvvəl Madridin mərkəzində iğtişaşlar törədiblər.

Adalet.az-ın məlumatına görə, görüntülər "The Spain Report” Twitter hesabında paylaşılıb.

Britaniyalı fanatlar polislərlə toqquşmalarda iştirak ediblər. Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.

Qeyd edək ki, "Atletiko”-"Lester” matçı aprelin 12-də "Visente Kalderon” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.