adalet.az header logo
  • Bakı 16°C
12 Aprel 2017 23:11
5732
DÜNYA
A- A+

Ərdoğan ona yazılan kitabın satışdan çıxarılmasını tələb etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona həsr olunmuş "Ərdoğannamə” kitabındakı şeirlərə əsəbiləşib.

Adalet.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, prezident şeirlərdəki hədsiz təriflərin inanc və mədəni dəyərlərə uyğun gəlmədiyini hesab edərək kitabın satışdan yığışdırılmasını tələb edib.

Ərdoğan vəkili Hüseyn Aydın vasitəsilə nəşriyyat evinə xəbərdarlıq göndərib. Xəbərdarlıqda bildirilir ki, bu tərz davranışlar prezidenti təəssüfləndirir.

Qeyd olunur ki, kitabın satışdan yığışdırmayacağı halda məhkəməyə müraciət olunacaq.