adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Aprel 2017 16:24
60308
TEXNOLOGİYA
A- A+

Yeni “Nokia” “iPhone”dan baha olacaq – FOTO

"HMD Global” şirkəti bu ilin 3-cü rübündə "Nokia” brendinin flaqman smartfonunu təqdim edəcək.

Adalet.az "Technote”yə istinadla xəbər verir ki, onun texniki göstəriciləri və qiyməti artıq bəllidir.
Sözügedən smartfon "Nokia 9”, bu ilin 3-cü rübündə satışa çıxarılacaq.

ABŞ-da onun qiyməti isə 700 dollar təşkil edəcək. Göründüyü kimi, bu cür qiymət dəyəri "Nokia” brendli smartfon üçün bir qədər bahadır. Yadınızdadırsa, əvvəlki büdcəli modellər daha ucuz qiymətə satılırdı.

"Nokia 9”-un texniki göstəricilərinə gəldikdə isə o, 5,5 inç QHD OLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 22 MP-lik arxa və 12 MP-lik ön kamera, 3800 mAh (sürətli enerji yığma funksiyalı) enerji tutumlu batareya ilə təchiz olunacaq.

Bundan əlavə, yeni flaqman smartfonun korpusu IP69 standartına uyğun olaraq tozdan və sudan qorunacaq və cihaz göz qişası skanına sahib olacaq.