adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Aprel 2017 16:15
9888
SİYASƏT
A- A+

Putin NATO üzvlərini “saxsı oyuncaq” adlandırıb

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyada aviabazaya hücumuna NATO üzvlərinin verdiyi reaksiyanı Çinin saxsı oyuncağının davranışı ilə müqayisə edib.

"NATO müttəfiqləri necə reaksiya verdilər? Nə baş verdiyini təhlil etmədən hamı başını tərpədir”, - Putin "Mir” telekanalına verdiyi müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Suriya qoşunlarınınkimyəvi silahdan istifadə etməsinə dair dəlil yoxdur.

"Beynəlxalq hüququn pozulması var. Bu, aşkar faktdır. BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası olmadan müstəqil ölkəyə zərbələr endirilir”, - Putin deyib.

Aprel ayının əvvəlində İdlib əyalətinin Xan Şeyxun qəsəbəsinə aviazərbə endirilib, zərbədən sonra insanlar boğularaq ölüb. Ümumilikdə, 90 adam ölüb.

Qərb ölkələri prezident Bəşər Əsədi və onun nəzarəti altında olan qüvvələri kimyəvi silahdan istifadədə ittiham edirlər. ABŞ cavab addımı olaraq Xan Şeyxuna zərbələr endirən təyyarələrin havaya qalxdığı "Şayrat” aviabazasına raket zərbələri endirib.