adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Aprel 2017 15:01
8570
ELM VƏ TƏHSİL
A- A+

İlk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək.

Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur.

Aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib.

Mayın 7-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ilk qəbul imtahanında isə 30224 abituriyentin iştirakı nəzərdə tutulub.

Onlardan 25602-si I (23257-si Azərbaycan, 2346-sı Rus bölməsi), 4622-i isə IV (4081-i Azərbaycan, 540-ı Rus bölməsi) ixtisas qrupunu seçib.