adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Aprel 2017 13:19
10355
SİYASƏT
A- A+

“Eurovision - 2017”-yə bütün biletlər satılıb

Kiyevdə keçiriləcək "Eurovision - 2017” beynəlxalq mahnı müsabiqəsinin üç final şousuna biletlərin hamısı satılıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, bunu bilet satışı ilə məşğul olan servisin rəsmi məlumatları göstərir.

"Eurovision - 2017” beynəlxalq mahnı müsabiqəsi üçün biletlər aprelin 10-da satışa çıxarılıb. Ümumilikdə, 70 min bilet satışa çıxarılıb. Ən ucuz biletin dəyəri 8 avrodur. Final şousu zamanı ən ucuz bilet 80 avroya, ən bahalısı isə 500 avroyadır.

Qeyd edək ki, bu il "Eurovision” müsabiqəsi 9, 11, 13 may tarixlərində keçiriləcək.