adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Aprel 2017 13:10
11215
SİYASƏT
A- A+

Qazaxıstan latın əlifbasına keçir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə hökumətinə qazax əlifbasının latın əlifbasına keçirilməsinə dair göstəriş verib.

Adalet.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə "Yegemen Kazaxstan” (Müstəqil Qazaxıstan) qəzetində dərc edilən məlumatda deyilir.

"Biz hazırlıq işlərinə başlayacağıq. Hökumət qazax dilinin latın əlifbasına keçidinin cədvəlini tərtib etməlidir. 2017-ci ilin sonuna qədər alimlərlə və ictimaiyyət nümayəndələri ilə konsultasiyalardan sonra latın qrafikalı yeni qazax əlifbasının vahid standartları hazırlanmalıdır”, - dövlət başçısı bildirib.

"2018-ci ildən yeni əlifbanı tədris edəcək mütəxəssislər və orta məktəb üçün dərsliklər hazırlanmalıdır. Yaxın iki ildə təşkilati və metodik işlər aparmaq lazımdır”, - dövlət başçısı əlavə edib.