adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Aprel 2017 12:54
13270
SİYASƏT
A- A+

Jirinovski Trampın impiçmenti şərəfinə şampan içməyi vəd edib

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideriVladimir JirinovskiSuriyada terrorizm ilə mübarizədə xarici siyasət ritorikasından uzaqlaşdığı üçün ABŞ prezidentiDonald Trampınqarşılaşdığı impiçmenti şərəfinə şampan içəcəyini vəd edib.

Adalet.az bu barədəTASS-a istinadən xəbər verir.

"Amerikalıların yarısı fərqli xarici siyasətə səs vermişdilər. Tramp öz vədlərini pozur. Bu cür davam edərsə, o impiçmentdən yan keçə bilməyəcək. O zaman biz impiçment şərəfinə şampan içəcəyik”, - o, jurnalistlərə Rusiya-Amerika münasibətlərində yaranan vəziyyəti şərh edərkən bildirib.

2016-cı ilin noyabr ayında RLDP fraksiyası Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsi xəbərindən sonra banket təşkil etmiş vəbunu şampan içərək qeyd etmişdilər.