adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 Aprel 2017 12:30
16877
İQTİSADİYYAT
A- A+

Üç min dollar borca görə 6 avtomobilə həbs qoyuldu – VİDEO

Üç min dollar borca görə 40-50 min manat dəyərində olan 6 avtomobilə həbs qoyulub.

Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan İlqar Ələsgərov ötən ilin aprel ayında baş etibarnamə ilə minik avtomobili alıb. Bir müddət əvvəl avtomobili öz adına rəsmiləşdirmək istədikdə isə problemlə üzləşib.

İlqar Ələsgərova bildirilib ki, avtomobilin rəsmi sahibinin banka borcu olduğu üçün əmlakına həbs qoyulub. Bu avtomobil da həbs qoyulan əmlaka daxildir.

İlqar Ələsgərovun sözlərinə görə, məsələ ilə bağlı qərarı çıxaran məhkəməyə müraciət ediblər. Oradan bildirilib ki, yalnız borc ödəndikdən sonra avtomobilin üzərindəki həbs götürülə bilər.

Hüquqşünas AnarRamazanov deyibki, kiçik məbləğli borca görə 6 avtomobilin üzərinə həbs qoymaq düzgün deyil.

Anar Ramazanov bildiribki, İlqar Ələsgərov avtomobilin rəsmi sahibi ilə birlikdə məhkəməyə müraciət edərək həbsi ləğv etdirə bilər. Etibarnamə və alqı-satqı ilə bağlı digər sənədləri də sübut kimi məhkəməyə təqdim etməlidir. Borclu şəxs, həmçinin məhkəmədə iddia qaldıraraq həddən artıq əmlakına həbs qoyulduğu üçün dəyən maddi və mənəvi zərəri də bankdan tələb edə bilər.