adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Aprel 2017 09:19
3760
GÜNDƏM
A- A+

Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb

Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb. Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq, "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"na dəyişiklik edib.

Dəyişikliyə əsasən "Təhsil ixtisasları qrupu" bölməsi üzrə "Rəqs müəllimliyi", "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu" bölməsi üzrə "Turizmin iqtisadiyyatı", "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsi üzrə "Rekreasiya, idman və sağlamlıq turizmi" ixtisasları yaradılıb.