adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2017 23:30
6089
DÜNYA
A- A+

Gəncədə yaşayış binasında partlayış, xəsarət alan var

Gəncədə yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Partlayış zamanı 1960-cı il təvəllüdlü Rəqibə Musayeva müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.